“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı tədbir  

 

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Res-publikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı müsabiqədə iştirak etmiş və “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı layihəsinin qalibi olmuşdur.

 

Bu layihənin icra müddətində “THE OCCUPYING POLİCY OF THE ARMENIAN REPUBLIC AND THE PROBLEMS OF REGIONAL SECURITY” (Ermənis­ta­nın işğalçılıq siyasəti və re­gio­­nal təhlükəsizlik proble­mi) adlı 153 səhifəlik kitab nəşr olun­muş­dur. Kitab müasir beynəlxalq humanitar hüququn mühüm bir quruluşuna – hərbi işğal qanuna həsr olunub. Ermənistan Respublikasının hərbi işğalı qanununun mövcud problemləri və xüsusiyyətlərinə diqqət yetirilir, bu da Azərbaycana və xalqına sonsuz sayda humanitar fəlakət gətirib və gətirməkdə davam edir. Kitabda Azərbaycan rəhbərlərinin çoxsaylı rəsmi ifadələri və beynəlxalq sənədlər təhlil edilir. Beynəlxalq hüquq institutunun mövcud vəziyyəti ilə bağlı baxışlar təqdim edilir. Kitabın müəllifləri Rüstəm Məmmədov, Cavid Hacıyev və Xaqani Məmmədovdur.

Burada Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddia­sı səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetir­mək­dədir. Ermənistanın apardığı işğalçılıq siyasətinin ilk növbədə regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir. Çünki bu daha geniş müharibəyə yol aça bilər, münaqişəyə yeni-yeni iştirakçılar cəlb oluna bilər. Ermə­nistan-Azərbaycan münaqişəsi eyni zamanda Azərbaycanda və regionda humanitar xarakterli çoxsaylı problemlər yaratmışdır. Bunlardan biri hər iki tərəfdən, xüsusilə Azərbaycan tərəfdən,  çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yaranması, işsizlik, səfalət və yoxsulluq problemləridir. Azərbaycanın ekologiyasına da vurulmuş ziyan Xalqımıza qarşı humanitar təhdiddir. Azərbaycan tərəfdən bir xeyli vətəndaş Ermənistan tərəfindən girov götürülmüş və onların taleyi hələ də məlum deyildir. Azərbaycanın işğal olunmuş əraziləri iqtisadi dövriyyədən çıxarılmış və orada yaşayan insanların maddi durumu kritik həddə çatmışdır.

8 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezident Administrasiyasının və Ağsu rayon icra hakimiyyətinin köməkliyi ilə Ağsu rayonunun Uşaq-Gənclər Bədii Yaradılıcılıq Mərkəzində “Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyinin tədbiri keçirildi. Təd­bir zamanı layihə çərçivəsində nəşr olunan “THE OCCUPYING POLICY OF THE ARMENIAN REPUBLIC AND THE PROBLEMS OF REGIONAL SECURITY” (Ermənis­ta­nın işğalçılıq siyasəti və re­gio­­nal təhlükəsizlik proble­mi) adlı kitab haq­qında məlumat verilmişdir. Tədbirdə müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, Ağsu rayon məktəblərinin direktorları və müəllimləri, mədəniyyət orqanlarının işçiləri, qaçqınlar, məc­buri köçkünlər və s. iştirak etmişdilər. Tədbirin iştirakçılarına kitab paylanaraq Azərbaycan Res­pub­likasının işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri, Azərbaycan Respublikasının qaç­qınlarının və məcburi köçkünlərinin problemi məsələsi müzakirə olunmuşdur. Tədbir zamanı la­yi­hə rəhbəri Rüstəm Məmmədov və layihədə iştirak etmiş ekspert Xətai Abbasov çıxış etmişdilər. Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitab­xa­na­larına yeni nəşr paylanmışdır.

Layihənin müddəti 20 aprel 2018-ci il tarixindən 20 sentyabr 2018-ci il tarixinədək (5 ay) dövrü əhatə edir.