Xələf Xələfov: “Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq”

“Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq”.

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X. Xələfov deyib kim, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.