Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçirilib

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müşavirədə iştirak edib.

Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici siyasət idarələrinin başçıları danışıqlarda əsas diqqəti Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya, habelə Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlığı və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdiriblər.

Sənədlər Xəzər hövzəsi ölkələrinin dövlət başçılarının növbəti Sammitinə təqdim ediləcək.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva