TANAP-ın regiondakı layihələrə təsiri

Trans-Anadolu boru kəmərinin (TANAP) tikintisi regionda digər enerji layihələrinin reallaşdırılmasına təkan verdi. Trend-in çərşənbə günü “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu “SOCAR Turkey Enerji”nin prezidenti Kənan Yavuz deyib.

Onun sözlərinə əsasən, TANAP Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin göstəricisidir.

Qeyd edək ki, TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar həcmində qiymətləndirilir.

trend.az