“ Korrupsiya ilə birgə mübarizə aparaq! ”layihəsi

İlkin mərhələ-hazırlıq işləri:

01.05.2013 tarixindən etibarən layihənin icra olunması üçün layihə rəhbəri, layihə üzrə assistent, layihənin ekspert-analitiki, ictimaiyyətlə əlaqələr üzrə məsləhətçi və mühasibdən ibarət işçi heyətin yaradıldı; onlarla əmək və xidmət müqavilələri bağlanıldı, əmrlər hazırlandı;

Məmmədov Rüstəm-Layihə rəhbəri
Mirqədirov Mircəfər- Layihə üzrə assistent
Qəmbərov Heydər-Ekspert-analitik
Məmmədov Xaqani-Ekspert-analitik
Əliyeva Ülkər-İctimaiyyətlə əlaqələr üzrə məsləhətçi
Qaponova İrina-mühasib

İkinci mərhələ:

May ayının 1-dən oktyabr ayının 31-nə kimi “ Korrupsiya ilə birgə mübarizə aparaq! ” layihəsi həyata keçirilib. Layihə çərçivəsində aşağıdakı işlər görülüb:
Təbliğat materialı kimi “Korrupsiya ilə birgə mübarizə: Beynəlxalq hüquq və Azərbaycan Respublikasının Milli qanunvericilik təcrübəsi” adlı kitabın buraxılması üçün işlər görülməyə başlanmışdır. Bundan otrü ekspert qrupu materiallar toplamış və kitabın yazılışına başlamışlar.
Iyul ayında BDU-nun hüquq fakültəsinin tələbələrindən ibarət könüllülər qrupu yaradılıb və onlarla gələcək treninqlərin aparılması üzərində işlərin təşkil olunması planı hazırlanmışdır.
Avqust ayı üçün “Korrupsiya ilə birgə mübarizə: Beynəlxalq hüquq və Azərbaycan Respublikasının Milli qanunvericilik təcrübəsi” adlı kitab təbliğat vasitəsi artıq hazırlanıb və nəşrə verilib.
Avqust ayındam Xəzər Gələcək Naminə Tərəfdaşlıq ictimai birliyinin ofisində treninglər başlayır:
1. 14 avqust 2013-cü ildə Xəzər Gələcək Naminə Tərəfdaşlıq ictimai birliyinin ofisində.
2. 20 avqust 2013-cü ildə Xəzər Gələcək Naminə Tərəfdaşlıq ictimai birliyinin ofisində.
3. 30 avqust 2013-cü ildə BDU-da.
4. 7 sentyabr 2013-cü ildə Odlar Yurdu Universitetində.
5. 14 sentyabr 2013-cü ildə Odlar Yurdu Universitetində.
6. 21 sentyabr 2013-cü ildə Bakı Qızlar Universitetində.
7. 27 sentyabr 2013-cü ildə Azərbaycan Texniki Universitetində.

Treningdə hüquqşunas mütəxəssislər:
1. Hüquq elmləri doktoru, professor R.M. Məmmədov
2. Hüquq elmləri üzrə fəlsəfə doktoru H.D. Qəmbərov
3. Hüquq elmləri üzrə fəlsəfə doktoru Ə.Q. Məmmədov
4. Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent R.K. Məmmədov
5. Hüquq elmləri üzrə fəlsəfə doktoru N.H. Mehdiyev
6. Hüquq elmləri üzrə doktorant X.R. Məmmədov
iştirak etmiş və qonaqlarla diskussiya qurmuşlar. Tədbir üç saat davam etmişdir tədbir iştirakçılarına “Korrupsiya ilə birgə mübarizə: Beynəlxalq hüquq və Azərbaycan Respublikasının Milli qanunvericilik təcrübəsi” adlı kitab bağışlanmış, qonaqların çoxsaylı suallarına cavab verilmiş, kofe-breykdə çay, kofe içilmişdir.
Sentyabr ayında təşkilatın mühasibi Qaponova İrina tərəfdən aralıq təsviri və maliyyə hesabatı hazırlanmış və şuraya təqdim edilmişdir.
Yekun mərhələ:

Noyabr ayının 4-də yekun hesabat konfransı keçirilmiş, konfransda çox saylı ictimaiyyət nümayəndələri, hüquqşunas və jurnalistlər iştirak etmişlər.
Yekun konfransda “Korrupsiya ilə birgə mübarizə: Beynəlxalq hüquq və Azərbaycan Respublikasının Milli qanunvericilik təcrübəsi” adlı kitab paylanmış və müzakirə olunan problemlərlə bağlı geniş diskussiya qurulmuşdur.