Bu gün İstanbulda ECO nazirlər şurasının iclası keçiriləcək

Bu gün Türkiyənin İstanbul şəhərində iqtisadi əməkdaşlıq təşkilatı nazirlər şurasının iclası keciriləcək. Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştrak edəcəyi gözlənilir. Sabah isə təşkilatın dövlət və hökümət başçılarının sammiti keçiriləcək.sammitdə dövlət və hökumət başçıları ilə yanaşı, ECO katibliyinin və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, iqtisadi əməkdaşlıq təşkilatı 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

www.anspress.com