Martda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək

“2011-­cu il­də Azər­bay­can dias­po­ru­nu gər­gin iş göz­lə­yir və gə­lən il diasporumuzun həyatında çox mü­hüm ha­di­sə­lər göz­lə­ni­lir. Bunlardan ən vacibi Dünya Azərbaycanlılarının III Qurultayıdır”. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O dünya azərbaycanlılarının II qurultayı Qətnaməsində növbəti qurultayların hər beş ildən bir keçirilməsi nəzərdə tutulduğunu bildirib. Tədbirin gələn ilin mart ayında keçirilməsinin nəzərdə tutulduğunu bildirən komitə sədri bununla bağlı dövlət başçısının müfaviq sərəncam imzalayacağı gözlənildiyini qeyd edib.

N. İbrahimov vurğulayıb ki, qurultay diasporumuzun həyatında ən vacib, ali hadisələrdən biridir. Çünki bu tədbir dünyada yaşayan azərbaycanlıların növbəti 5 il üçün fəaliyyətinin əsas istiqamətlərini, strategiyasını, iş prinsiplərini və perspektivlərini müəyyən edir. Qurultaydan sonrakı növbəti 5 ilin Azərbaycan diasporunun daha da yüksəliş dövrünün olacağı gözlənilir.

www.anspress.com