MDB-nin növbəti sammiti Düşənbədə keçiriləcək

MDB-nin növbəti sammiti gələn ilin sentyabr ayında Düşənbədə keçiriləcək. ANS PRESS-in “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə birliyin icraçı katibi Serqey Lebedev məlumat verib.

MDB-də sədrliyin 2011-ci ildən Tacikistana keçəcəyi barədə birlik dövlətlərinin geniştərkibli iclasında Rusiya prezidenti Dmitri Medvedev bəyan edib. Moskvada Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı bu gün başlayıb.

MDB liderlərinin görüşündə Rusiyanın quruma sədrliyinin nəticələri və əsas prioritetlər müzakirə ediləcək.

www.anspress.com